Bakı. 12 sentyabr. REPORT.AZ/. Azərbaycanın 2014-cü ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi saldosu müsbət 4 371,0 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur.
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, əvvəlki illərdə olduğu kimi, I yarımillikdə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.
Ümumi nəticədə, 2014-cü ilin 6 ayında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 11,6 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 6,4 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 10,3 mlrd. dollar olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 3,9 mlrd. dollarlıq kəsirini tam örtüb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
2013-cü ilin 6 ayı | 2014-cü ilin 6 ayı | |
I.Cari əməliyyatlar hesabının saldosu | 6 443,6 | 6 377,7 |
Xarici ticarət balansı | 10 483,7 | 11 127,9 |
Xidmətlər balansı | -2 044,6 | -3 098,8 |
Gəlirlər balansı | -1 997,4 | -1 581,2 |
- İnvestisiya gəlirlərinin repatriasiyası | -2 033,7 | -1 612,2 |
Cari transfertlər balansı | 6,0 | -66,2 |
Kapital hesabı | -4,1 | -4,0 |
II. Maliyyə hesabı | -3 278,9 | -1 493,3 |
Xalis maliyyə aktivləri | 5 582,2 | 6 045,6 |
o cümlədən: | ||
-xaricə yönəldilmiş birbaşa investisiyalar | 445.0 | 367,2 |
-portfel investisiyaları | 113,2 | 104,8 |
-digər investisiyalar | 5 024,0 | 5 573,6 |
Xalis maliyyə öhdəlikləri | 2 303,3 | 4 552,3 |
o cümlədən: | ||
-ölkəyə cəlb olunan birbaşa investisiyalar | 2 966,1 | 3 866,8 |
-cəlb olunan investisiyaların repatriasiyası | -1 711,5 | -1 795,4 |
-neft bonusu | 0,4 | 17,0 |
-portfel investisiyaları | 1 030,2 | 1 747,7 |
-digər investisiyalar | 18,1 | 716,2 |
III. Balanslandırıcı maddələr | -845,3 | -513,4 |
Tədiyyə balansının ümumi saldosu | 2 319,4 | 4 371,0 |
Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 20,1 mlrd. dollar təşkil edib və göründüyü kimi, xarici ticarət balansı 11,1 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 136 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 7,7%-i MDB ölkələri, 92,3%-i isə digər xarici dövlətlərin payına düşür.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 15,6 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 1,5% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,9% olub. Xarici dövlətlərə 14,1 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 0,7 mlrd. dolları neft emalı məhsulları, 13,4 mlrd. dolları isə xam neft ixracının payına düşür. İxrac olunmuş xam neftin 12,5 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 0,9 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 75,7 mln. dolları “Şahdəniz” yatağından hasil edilmiş kondensatın, 832,1 mln. dolları isə ARDNŞ-nin payına düşür.
Qeyd edək ki, 2014-cü ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 9,2% azalaraq 794,0 mln. dollar təşkil edib.
(mln. dollar)
İxracın strukturu | ||
2013-cü ilin 6 ayı | 2014-cü ilin 6 ayı | |
Yanacaq-xammal məhsulları | 15 195,1 | 14 981,8 |
- neft-qaz məhsulları | 14 957,3 | 14 800,3 |
-digər xammal | 237,8 | 181,5 |
Maşın və avadanlıq | 171,8 | 156,6 |
İstehlak malları | 450,0 | 438,0 |
Digər mallar | 14,7 | 17,4 |
İxrac cəmi | 15 831,6 | 15 593,8 |
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 4,5 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 12,4% azdır. İstehlak malların idxalının ümumi dəyəri 2 007,9 mln. dollar olub ki, bunun da 632,5 mln. dolları ərzaq məhsullarının payına düşür:
(mln. dollar)
İdxalın strukturu | ||
2013-cü ilin 6 ayı | 2014-cü ilin 6 ayı | |
İstehlak malları | 2 106,7 | 2 007,9 |
- ərzaq məhsulları | 619,6 | 632,5 |
- qeyri-ərzaq məhsulları | 1 487,1 | 1 375,4 |
İnvestisiya yönümlü mallar | 519,4 | 441,6 |
Digər mallar | 2 469,87 | 2 016,4 |
İdxal cəmi | 5 095,8 | 4 465,9 |