Azərbaycanın sığorta bazarı 14% artıb

Azərbaycanın sığorta bazarı 14% artıb Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb
Maliyyə
19 Sentyabr , 2016 12:47
Azərbaycanın sığorta bazarı 14% artıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 356,18 mln. manat sığorta haqqı toplanıb. "Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən yaydığı məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,85% çoxdur.

8 ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 136,772 mln. manat təşkil edib. Bu da ötən ilin yanvar-avqustuna nisbətən 17,75% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin ilk 8 ayında 37,1 manat olub.

Son xəbərlər

Orphus sistemi