Azərbaycanın maliyyə naziri "G-20" ölkələrinin iclasında iştirak edəcək

Azərbaycanın maliyyə naziri "G-20" ölkələrinin iclasında iştirak edəcək Bu gün Vaşinqtonda "G-20" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclası başlayır
Maliyyə
16 Aprel , 2015 11:17
Azərbaycanın maliyyə naziri G-20 ölkələrinin iclasında iştirak edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Vaşinqtonda “Böyük iyirmiliyin”(G-20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası işə başlayacaq. Toplantıda Azərbaycan maliyyə naziri Samir Şərifov da iştirak edəcək.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, “G-20” ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Toplantıya “G-20”yə üzv və dəvətli ölkələrin nazirləri və mərkəzi bank rəhbərləri ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından yüksək səviyyəli nümayəndələr qatılacaq.

Azərbaycan “G-20”-nin builki ev sahibi kimi Türkiyə tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Azərbaycanın maliyyə naziri Vaşınqtonda, həmçinin BVF və DB-nin ənənəvi yaz görüşlərinə də qatılacaq.

Son xəbərlər

Orphus sistemi