Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 17% azalıb

Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 17% azalıb İyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 11,6 min müqavilə bağlanılıb
Maliyyə
1 İyul , 2016 14:25
Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 17% azalıb

Bakı. 1 iyul. REPORT.AZ/ Cari ilin iyun ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 11 639 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının həcmi isə 4,2 mln. manat təşkil edib.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,8%-i yaşayış evləri və mənzillər, 0,4%-i inzibati binalar, 19,8%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 17% azalma müşahidə edilib.

Qeyd edək ki, cari ilin may ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 6 458 sığorta müqaviləsi bağlanılıb və bu sığorta üzrə daxil olan sığorta haqlarının məbləği 1,7 mln. manat təşkil edib. Apreldə bu göstəricilər müvafiq olaraq 6 894 və 1,2 mln. manat, martda - 5 245 və 1,9 mln. manat, fevralda - 5 904 və 755,9 min manat, yanvarda - 5 253 və 5,7 mln. manat olub.

İyun ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 310, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 22 680 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 7 194 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi