Bakı. 6 iyun. REPORt.AZ/ Bu ilin may ayı üzrə Bakı Fond Birjası (BFB) dövlət qiymətli kağızları və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqini açıqlayıb.
"Report"un Birjaya istinadən verdiyi xəbəər görə, əməliyyatların həcminə görə 76,287 mln. manatla "Paşa Kapital" investisiya şirkəti birinci olub. Daha sonra "AzFinance" investisiya şirkəti (64,653 mln. manat), "Kapital Menecment" investisiya şirkəti (7,776 mln. manat), "Unicapital" investisiya şirkəti (5,309 mln. manat) və "İnvest-Az" investisiya şirkəti (15,347 min manat) qərarlaşıb.
Mövqe (may, 2016) | Mövqe (aprel, 2016) | Brokerlər | Əməliyyatların həcmi (AZN) |
1 | 3 | “Paşa Kapital İnvestisiya Şirkəti” QSC | 76 286 469,69 |
2 | 4 | "AzFinance İnvestisiya Şirkəti" QSC | 64 652 849,39 |
3 | 2 | "Kapital Menecment İnvestisiya Şirkəti" ASC | 7 776 370,95 |
4 | 1 | "Unicapital İnvestisiya Şirkəti" ASC | 5 308 756,49 |
5 | - | "İnvest-Az İnvestisiya Şirkəti" QSC | 15 346,64 |