​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 5 mln. manat kompensasiya ödənilib

​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 5 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
3 Avqust , 2016 11:12
​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 5 mln. manat kompensasiya ödənilib

Bakı. 3 avqust. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-yə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 2 273 767 manat, “Zaminbank”ın əmanətçilərinə 1 847 792 manat, “Kredobank”ın əmanətçilərinə 397 928 manat, “Dekabank”ın əmanətçilərinə isə 440 355 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 4 959 842 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi