Azərbaycanda iqtisadi artım 5%-i keçib

Azərbaycanda iqtisadi artım 5%-i keçib Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib
Maliyyə
16 Aprel , 2015 17:21
Azərbaycanda iqtisadi artım 5%-i keçib

Bakı. 16 aprel. REPORT.AZ/ Cari ilin I rübündə Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,3% artaraq 11,5 mlrd. manata çatıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,0%, neft-qaz sektorunda isə 3,4% artıb.

Bu dövrdə ÜDM-in 34,7%-i sənaye, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 12,5%-i tikinti, 11,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsi, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsi, 2,2%-i informasiya və rabitə xidmətləri, 16,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Hesabat dövründə məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi