Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər 15% azalıb

Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər 15% azalıb Ötən il nəqliyyat vasitələrinə dəyən zərər üzrə orta sığorta ödənişi isə 7% azalıb
Maliyyə
6 Yanvar , 2016 11:58
Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər 15% azalıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci il ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 18 673 sığorta tələbi üzrə 22,7 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib. 

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ödənişlərin 1,3 mln. manatı şəxsin ölümü, 20,0 mln. manatı nəqliyyat vasitəsinə, 758,3 min manatı sağlamlığa və 652,0 min manatı əmlaka dəyən zərər üzrə ödənilib. Əvvəlki il ilə müqayisədə sığorta tələblərinin sayında 10%, sığorta ödənişlərinin məbləğində isə 15% azalma müşahidə edilib.

Qeyd edək ki, 2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 155 manat təşkil edib, bu isə 2014-cü ilin analoji göstəricisinə nisbətən 6,9% azdır.

Son xəbərlər

Orphus sistemi