​Azərbaycanda büdcə gəlirləri proqnozları üstələyib

​Azərbaycanda büdcə gəlirləri proqnozları üstələyib Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili 7 807,2 mln. manat olub
Maliyyə
21 İyul , 2015 17:23
​Azərbaycanda büdcə gəlirləri proqnozları üstələyib

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanda bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili 7 807,2 mln. manat olub. "Report"un Maliyyə Nazirliyinin yaydığı hesabata istinadən verdiyi məlumata görə, bu keçən ilin analoji dövrü ilə müqayisədə 1 531,6 mln. manat və ya 16,4% azdır. Eyni zaman ərzində dövlət büdcəsinin məxarici 8 577,9 mln.manat olub ki, bu da 2014-cü ilin 6 ayı ilə müqayisədə 145,9 mln. manat və ya 1,7% azdır. Keçən ilin 6 ayı ərzində 615 mln. manat büdcə profisiti yarandığı halda, bu ilin 6 ayı ərzində büdcənin icrası zamanı 770,7 mln. manat defisit yaranıb. Gəlirlər proqnozları 1,2% üstələyib. Yəni 90,2 mln. manat əlavə vəsait toplanıb. Xərclər isə proqnoza nisbətən 85% və ya 8 577,9 mln. manat icra olunub. Yəni proqnozlara əsasən, 10 091,6 mln. manat xərc nəzərdə tutulub, amma 1 513,7 mln. manat daha az vəsait xərclənib.

Büdcə xərcləri tərəfindən keçən ilə nisbətən önəmli dəyişikliklər olmasa da, gəlirlər tərəfində ciddi azalma var. Azərbaycan büdcəsinin mədaxil hissəsi məxaric hissəsinə sıx bağlıdır. Yəni dövlət xərclərinin azalması birbaşa büdcə gəlirlərinə təsir edir. Bu asılılığı azaltmaq üçün özəl sektor, xüsusilə xarici investisiya cəlb olunmalıdır. Məhz ilk 6 ayda ARDNF-dən büdcəyə 3 561,6 mln. manat vəsait transfer edilib. Bu, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1 322,2 mln. manat və ya 27% azdır.

Analitiklər hesab edir ki, istər büdcə gəlirləri, istər xərcləri, istərsə də Neft Fondundan transferlərin azalması ümumi iqtisadi fəallığın aşağı düşməsinə səbəb olur. Hazırda neft qiymətlərinin azalması fonunda Neft Fondundan büdcəyə transferlərin azaldılması zəruridir. Çünki neftin qiymətinin nə qədər bu səviyyələrdə qalacağı məlum deyil.

Son xəbərlər

Orphus sistemi