Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün kapitalın adekvatlıq əmsallarına dair tələblərində dəyişiklik edib. Yeni tələbə əsasən, banklar məcmu kapitalın adekvatlıq əmsalını 10%-dən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
"Report" bu barədə "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə Mərkəzi Bankın qərarına əsasən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl məcmu kapitalın adekvatlıq əmsalı 12%-dən, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 6%-dən az olmamalı idi. Yeni dəyişiklik bu gündən qüvvəyə minib.