​Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 10 mln. manat kompensasiya alıb

​Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 10 mln. manat kompensasiya alıb Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
4 Avqust , 2016 11:25
​Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 10 mln. manat kompensasiya alıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 4 248 753 manat, “Zaminbank”ın əmanətçilərinə 3 862 356 manat, “Kredobank”ın əmanətçilərinə1 047 294 manat, “Dekabank”ın əmanətçilərinə isə 763 466 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 9 921 869 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi