Azərbaycanda avtonəqliyyatla bağlı sığorta hadisələri daha çox cümə günündə baş verir

Azərbaycanda avtonəqliyyatla bağlı sığorta hadisələri daha çox cümə günündə baş verir Ötən il ən az sığorta hadisəsi isə şənbə günü olub
Maliyyə
9 Yanvar , 2015 15:41
Azərbaycanda avtonəqliyyatla bağlı sığorta hadisələri daha çox cümə günündə baş verir

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2014-cü ildə qeydə alınmış sığorta hadisələrinin təxminən 26%-i şənbə-bazar günlərinə təsadüf edib.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, sığorta hadisələrinin 12,35%-i bazar, 13,53%-i şənbə, 15,20%-i cümə, 14,52%-i cümə axşamı, 14,83%-i çərşənbə, 15,04%-i çərşənbə axşamı, 14,53%-i bazar ertəsi günü qeydə alınıb.

Həmçinin məlumatda bildirilir ki, 2014-cü ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin daha çox həftənin bazar ertəsi günləri bağlanması müşahidə olunub. Belə ki, cəmi bağlanan sığorta müqavilələrinin 16,7%-i məhz bu günə təsadüf edib. 

Son xəbərlər

Orphus sistemi