Qeydiyyatdan keçmiş avtomobillərin təqribən 30%-i icbari sığortaya cəlb olunmayıb

Qeydiyyatdan keçmiş avtomobillərin təqribən 30%-i icbari sığortaya cəlb olunmayıb Mənzillərin cəmi 6,0%-i icbari sığortaya cəlb olunub
Maliyyə
23 Sentyabr , 2015 14:15
Qeydiyyatdan keçmiş avtomobillərin təqribən 30%-i icbari sığortaya cəlb olunmayıb

Bakı. 23 sentyabr.REPORT.AZ/ Azərbaycan üzrə qeydiyyatdan keçmiş avtomobillərin təqribən 30%-i icbari sığortaya cəlb olunmayıb. Avtomobillərin icbari sığortaya cəlb olunmasında DYP-nin və digər təşkilatların köməyinə ehtiyac var.

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin ("Azərsığorta") sədri Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində deyib.

O bildirib ki, Şirkətin İdarə Heyəti adından rayon, şəhər icra başçılarına müraciət olunub ki, yerlərdə vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin icbari qaydada sığorta olunmasında Dövlət Sığorta Şirkətinin rayon və şəhərlərdə fəaliyyət göstərən filiallarına köməklik göstərsinlər.

"Bir sıra rayon icra başçıları Dövlət Sığorta Şirkətinin müraciətini nəzərə alıb vətəndaşlara məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortaya cəlb olunmasına köməklik göstəriblər. Əksər rayon və şəhər icra başçıları bu qanunun icrası ilə bağlı heç bir tədbir görməyiblər. Ona görə də respublika üzrə mövcud olan yaşayış evlərinin və mənzillərin cəmi 6,0%-i icbari sığortaya cəlb olunub" - deyə, sədr müsahibəsində qeyd edib.

Son xəbərlər

Orphus sistemi