Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərin payı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərin payı artıb Bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin təxminən 7%-ni bank kreditləri təşkil edib
Maliyyə
1 Dekabr , 2015 10:21
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərin payı artıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi artıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvar-oktyabr ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 6,6%-ni və ya 862,6 mln. manatını bank kreditləri təşkil edib. Yanvar-sentyabr ayları ərzində bu göstərici 5,6% və ya 660,5 mln. manat olub.

Statistikaya əsasən, əsas kapitala yönəldilmiş bank kreditlərinin həcmində illik 2,1 dəfə artım qeydə alınıb, xüsusi çəkidə isə 3,2 faiz bəndi artım olub. Belə ki, ötən ilin müvafiq dövründə bu göstərici 3,4% olmaqla 449,3 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 087,1 mln. manat vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 8 942,8 mln. manat, büdcə vəsaitləri 2 453,6 mln. manat, büdcədənkənar fondların vəsaitləri 229,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 431,1 mln. manat, sair vəsaitlər 167,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi