​Azərbaycan Dövlət Neft Fondu son üç gündə 23 mln. dollar itirib

​Azərbaycan Dövlət Neft Fondu son üç gündə 23 mln. dollar itirib Çin Mərkəzi Bankının yuanı ucuzlaşdırması Fonda bu gün daha 5,5 mln. dollar zərər vurub
Maliyyə
13 Avqust , 2015 10:40
​Azərbaycan Dövlət Neft Fondu son üç gündə 23 mln. dollar itirib

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin Mərkəzi Bankının (ÇMB) yuanın növbəti devalvasiyası qərarı nəticəsində daha 5,5 mln. ABŞ dolları itirib.

"Report" xəbər verir ki, ÇMB bu gün milli valyutanı daha 1,1 % devalvasiya edib. Bununla da ARDNF Çin istiqrazlarına 3 mlrd. yuan (500 mln. dollar) həcmində yatırdığı investisiya son üç gündə 23 mln. dollar dəyərdən düşüb.

Qeyd edək ki, ÇMB devalvasiya prosesi çərçivəsində son üç gündə yuanı 4,6% ucuzlaşdırıb. Bank bugünkü açıqlamasında "yuan valyuta bazarlarında özü üçün münasib məzənnə axtarışındadır" deyə bəyan edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın hər an yeni devalvasiyaya məruz qala biləcəyinə işarə edir.

Məlumat üçün bildirək ki, yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunur.

Son xəbərlər

Orphus sistemi