​Azərbaycan Beynəlxalq Bankı filial şəbəkəsini genişləndirir

​Azərbaycan Beynəlxalq Bankı filial şəbəkəsini genişləndirir ABB hər hansı bankın səhmlərini almağı düşünmür
Maliyyə
17 Dekabr , 2014 16:42
​Azərbaycan Beynəlxalq Bankı filial şəbəkəsini genişləndirir

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) 2015-ci il üçün strategiyası filial şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur. “Report”un verdiyi xəbərə görə, bunu ABB-nin baş direktoru Elmir Həbibullayev bildirib.

“ABB pərakəndə biznesin inkişafı ilə bağlı öz şəbəkəsini genişləndirəcək. Birbaşa hansısa bankın alınması hesabına bunun həyata keçirilməsi nəzərdə tutulmur. Bu yaxınlarda ABB-nin şəbəkəsi bir neçə dəfə arta bilər. Bankın filiallarının sayı 36 idi isə bu yaxınlarda 70-i keçəcək. Bu da birbaşa bankın pərakəndə biznesinin inkişafı ilə bağlıdır”, - E.Həbibullayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi