​Azərbaycan Beynəlxalq Bankının səhmləri bir qədər də ucuzlaşıb

​Azərbaycan Beynəlxalq Bankının səhmləri bir qədər də ucuzlaşıb Son yarım ayda Bankın səhmləri daha 14% dəyərdən düşüb
Maliyyə
21 İyun , 2016 10:57
​Azərbaycan Beynəlxalq Bankının səhmləri bir qədər də ucuzlaşıb

Bakı. 21 iyun. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmlərinin bazar dəyəri azalmaqda davam edir. Bu barədə "Report" səhmlərin alqı-satqısı ilə bağlı vasitəçilik xidməti göstərən "Kapital Menecment" investisiya şirkətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda qiymətli kağızlar bazarında ABB-nin 1 səhminə 0,06 manat təklif olunur. Halbuki, ayın əvvəlində qiymət 0,07 manat olub. Başqa sözlə, yarım ay ərzində səhmlər dəyərini təxminən 14% itirib. Ucuzlaşma Bankın 2015-ci ilin 824 mln. manata yaxın zərərlə başa vurması fonunda baş verir.

Xatırladaq ki, ötən ilin sonuna ABB-nin nizamnamə kapitalı 641,287 mln. manat olub. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375,1 mln. səhm əsasında formalaşıb.

Son xəbərlər

Orphus sistemi