Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsis toplantısında iştirak edəcək

Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsis toplantısında iştirak edəcək Bankın təsisçisi qismində 57 ölkə çıxış edə bilər
Maliyyə
20 Aprel , 2015 16:41
Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsis toplantısında iştirak edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Asiya İnfrastruktur İnkişaf Bankının (AİDB) təsis edilməsi ilə bağlı aprelin 26-27-də Çində keçiriləcək ilk toplantıda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, ilkin anlaşma memorandumuna görə, yeni yaradılan bankın mənzil-qərargahı Pekində yerləşəcək.

Martın 31-dək üzvlük üçün artıq banka 57 ölkə müraciət edib və onların təsisçi statusuna malik ola biləcəyi deyilir.

"Asiyanın infrastruktur imkanları o qədər böyükdür ki, hətta yaradılan bank da kafi deyil. Bankın kapitalına qoyacacağımız vəsait barədə danışmaq hələ tezdir. Adətən, səhmdar payında iştirak ölkələrin iqtisadi gücündən, ÜDM-dən asılı olaraq müəyyən edilir. Bankın ilkin icazə səhmdar kapitalı 100 mlrd. dollar elan edilib. İlkin mərhələdə isə abunə yazılışı 50 mlrd. dollardır", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi