​Avro Yunanıstanda keçirilən referendum fonunda ucuzlaşıb

​Avro Yunanıstanda keçirilən referendum fonunda ucuzlaşıb Avropanın vahid pul vahidi dollara nisbətdə 1,1 faiz düşüb
Maliyyə
6 İyul , 2015 07:39
​Avro Yunanıstanda keçirilən referendum fonunda ucuzlaşıb

Bakı. 6 İyul. REPORT.AZ/ Avronun məzənnəsi Yunanıstanda keçirilən referendumun ilkin nəticələrinin açıqlanması fonunda dollara nisbətdə 1,1% düşüb.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə 00:09-a olan hərrac nəticələrinə görə, avro 1.0987 dollar təşkil edirdi.

Xatırladaq ki, Yunanıstanda kreditorların təklifləri məsələsi üzrə referendum iyulun 5-də keçirilib. Yekun nəticəyə görə, səsvermədə iştirak edənlərin 61,31%-i beynəlxalq kreditorların şərtlərinin qəbuluna qarşı səs veriblər.

Son xəbərlər

Orphus sistemi