Elman Rüstəmov: "Məqsədimiz ikirəqəmli inflyasiyanın qarşını almaqdır"

Elman Rüstəmov: "Məqsədimiz ikirəqəmli inflyasiyanın qarşını almaqdır" AMB sədri bu ilin sonuna qiymət artımının proqnozlaşdırmağın çətin olduğunu deyib
Maliyyə
26 Sentyabr , 2016 17:41
Elman Rüstəmov: Məqsədimiz ikirəqəmli inflyasiyanın qarşını almaqdır

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Bizim başlıca məqsədimiz ikirəqəmli infliyasıyanın qarşısını almaqdır. Bu günə inflyasiya 11%-dir". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. 

Onun sözlərinə görə, bu ilin sonuna qədər ölkədə qiymət artımının nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma makroiqtisadi sabitlik üçün inflyasiyanın qarşısı maksimum dərəcədə alınmalıdır: "Çox yüksək inflyasiya və devalyasiya iqtisadiyyat üçün ziyandır. Aşağı inflyasiya makroiqtisadi sabitliyin təmin edilməsi üçün zəruridir".

Son xəbərlər

Orphus sistemi