​Azərbaycanda valyutadəyişmə məntəqələrinə yeni qadağa qoyulub

​Azərbaycanda valyutadəyişmə məntəqələrinə yeni qadağa qoyulub Ölkə qanunvericiliyi ilə qeyri-rəsmi pul köçürmələri qadağandır
Maliyyə
21 Oktyabr , 2015 17:56
​Azərbaycanda valyutadəyişmə məntəqələrinə yeni qadağa qoyulub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda olan valyuta mübadiləsi məntəqələrindən həyata keçirilən qeyri-rəsmi pul köçürmələri bu gündən etibarən dayandırılıb. Bu barədə "Report"a bank dairələrindən məlumat daxil olub.

Məlumata görə, bu vaxta qədər Azərbaycandan xaricə və xaricdən Azərbaycana köçürülən pullar müxtəlif şəxslərin havadarlığı ilə bir sıra bankların valyutadəyişmə məntəqələrində həyata keçirilib.

Hüquqşünas Əkrəm Həsənov "Report"a açıqlamasında qeyri-rəsmi pul köçürmələri sistemini ərəblərin yaratdığını deyib:

"Bu sistemi ərəblər yaradıb və adını "Həvalə" qoyublar. Amma hazırda bu pul köçürmə sistemindən çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunduğundan qadağan edilib".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ilə qeyri-rəsmi pul köçürmələri qadağandır.

Son xəbərlər

Orphus sistemi