​"AGBank" bazara yeni əmanət növünü çıxarıb

​"AGBank" bazara yeni əmanət növünü çıxarıb Bank əmanət faizlərini əvvəlcədən ödəyir
Maliyyə
25 İyul , 2016 17:22
​AGBank bazara yeni əmanət növünü çıxarıb

Bakı. 25 iyul. REPORT.AZ/ "AGBank" ASC yeni “İlin 5-ci fəsli” əmanət növünü müştərilərə təqdim edib. Bu əmanət növündən yararlanmaqla 3 ayın faizlərini əvvəlcədən əldə etmək mümkündür.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, əmanətləri bir il müddətinə AZN, USD və ya EUR valyutasında yerləşdirmək mümkündür.

Müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənilməsi üçün pulsuz "Maestro" (deposit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart və "SMS Banking" xidmətinə qoşulma rəsmiləşdirilir.

Eyni zamanda, Bankda yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır. 

Qeyd edək ki, “AGBank” ASC nizamnamə kapitalını 102,2 mln. manata çatdırıb. Bank hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi