"AFB Bank"ın aktivləri ötən il 26% artıb

"AFB Bank"ın aktivləri ötən il 26% artıb Hesabat ilində Bank istehlak kreditləşməsini 41% artırıb
Maliyyə
13 Fevral , 2015 13:28
AFB Bankın aktivləri ötən il 26% artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın "AFB Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 25,95% artaraq cari il yanvarın 1-nə 295,1 mln. manata çatıb. Aktivlərin 69,34%-ni kredit portfeli təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən il kredit portfeli 16,24% artaraq ilin sonuna 204,6 mln. manat olub. Kreditlərin 6,4 mln. manatını 12 ayadək, 198,3 mln. manatını 12 aydan artıq kreditlər əhatə edib. Hesabat ilində Bankda istehlak kreditləşməsi 41,33% artaraq 46,340 mln. manata yüksəlib.

Cari il yanvarın 1-nə cəmi kreditlərin 1,36%-nin ödəniş vaxtı keçib. Belə ki, hesabat ilində problemli kreditlərin həcmi 68,11% artaraq 2,784 mln. manata çatıb.

Hesabat dövründə Bankda ipoteka kreditləşməsində kəskin artım müşahidə olunub. İpoteka kreditləri 2014-cü ildə 8,662 mln. manatdan 21,262 mln. manata çatıb, bunun da 20,286 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə ayrılıb.

Keçən il Bankın depozit portfeli 10,13% artaraq bu ilin əvvəlinə 77,928 mln. manat olub. Əhalinin əmanətlərinin həcmində isə artım daha kəskin olub. Əmanətlər 2 dəfə artaraq 2,913 mln. manatdan 5,843 mln. manata yüksəlib.

Cari il yanvarın 1-nə "AFB Bank"ın nizamnamə kapitalı 70,394 mln. manat, məcmu kapitalı 75,606 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi