ADB-nin Tbilisidə keçirilən iclası çərçivəsində geosiyasət və iqlim dəyişikliyi müzakirə olunur

ADB-nin Tbilisidə keçirilən iclası çərçivəsində geosiyasət və iqlim dəyişikliyi müzakirə olunur Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı geosiyasət, iqlim dəyişikliyi, bərabərlik və digər hədəflərlə bağlı məsələləri həll etmək məqsədi daşıyır. ADB ilə əməkdaşlıq üzv ölkələr arasında əməkdaşlığa əhəmiyyətli dəyişikliklər gətirib.
Maliyyə
4 May , 2024 11:32
ADB-nin Tbilisidə keçirilən iclası çərçivəsində geosiyasət və iqlim dəyişikliyi müzakirə olunur

Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı geosiyasət, iqlim dəyişikliyi, bərabərlik və digər hədəflərlə bağlı məsələləri həll etmək məqsədi daşıyır.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Gürcüstanın maliyyə naziri və ADB-nin Rəhbərlər Şurasının sədri Laşa Xutsişvili Gürcüstanın paytaxtında keçirilən Bankın 57-ci illik toplantısı çərçivəsində Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ADB ilə əməkdaşlıq üzv ölkələr arasında partnyorluğa əhəmiyyətli dəyişikliklər gətirib.

“Biz bu tədbiri Avropa İttifaqına üzvlüyə yeni namizəd ölkə kimi keçiririk. Bu da müstəqillik qazandıqdan sonra Avropa köklərinə qayıtmaq yolunda böyük bir mərhələdir. Biz həmçinin Orta Dəhlizdəki rolumuzu yüksək qiymətləndiririk”, - L.Xutsişvili bildirib.

Nazirin sözlərinə görə, ADB ilə əməkdaşlıq və onun dəstəyi mövcud ölkələrdə əhəmiyyətli dəyişikliklərə səbəb olub: “Lakin problemlər qalmaqdadır ki, bu da bankın fəaliyyət göstərdiyi ölkələrə yardımda rolunu daha da vacib edir. Daha parlaq gələcəyə körpü qurmaq üçün güclü regional sinerji və inkişaf sahəsində tərəfdaşlar ilə sıx əməkdaşlıq lazımdır. Bu vəzifənin öhdəsindən gəlməkdə hamınıza və əməkdaşlığımıza böyük uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi