​ABB-nin “R@ndevu” xidmətindən 14 min müştəri istifadə edib

​ABB-nin “R@ndevu” xidmətindən 14 min müştəri istifadə edib Bu xidmətdən ən çox istifadə edən bankın Yasamal və “Mərkəzi” filiallarının müştəriləridir
Maliyyə
29 Oktyabr , 2014 11:25
​ABB-nin “R@ndevu” xidmətindən 14 min müştəri istifadə edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) “R@ndevu” xidmətindən 13 600 müştəri yararlanıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “R@ndevu” xidməti müştərilərə vaxta qənaət etmək, bankın filiallarında sürətli xidmət olunmaq imkanını yaradan yeni bir xidmətdir. Belə ki, "R@ndevu” vasitəsilə ABB-nin müştəriləri banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə bilirlər. Bankın açıqlamasında bu xidmətdən ən çox istifadə edən Yasamal və “Mərkəzi” filiallarının müştərilərinin olduğu deyilir.

“R@ndevu” xidmətindən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 yaxud *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə (www.randevu.ibar.az) daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir. Qabaqcadan görüş təyin etmiş müştərilər müəyyən edilmiş vaxt bankın filialına gələrkən, növbəsiz xidmət olunurlar.

“R@ndevu” vasitəsi görüş təyin etmiş müştəri görüşə mütləq dəqiq vaxtında gəlməlidir, əks halda, ümumi növbədə xidmət olunacaq.

Xatırladaq ki, ABB “R@ndevu” xidmətini 2013-cü ildə tətbiq edib.

Son xəbərlər

Orphus sistemi