​"Turanbank" yeni kredit aksiyasına başlayıb

​"Turanbank" yeni kredit aksiyasına başlayıb Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə güzəştli kredit almaq mümkündür
Maliyyə
2 İyul , 2015 11:48
​Turanbank yeni kredit aksiyasına başlayıb

Bakı. 2 iyul. REPORT.AZ/ "Turanbank"ASC Daxili İşlər Nazirliyinin əməkdaşları üçün peşə bayramları münasibətilə iyulun 2-6-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "Turanbank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, 1998-ci ildən hər il iyulun 2-si hüquq mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi