Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 459,2 milyon ABŞ dolları məbləğində satış olub.
Maliyyə
30 Aprel , 2024 12:33
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 459,2 milyon ABŞ dolları məbləğində satış olub.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 623,4 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi