Taleh Kazımov: "Əmanətlərin qaytarılması ilə bağlı ƏSF tərəfindən qeyri-ədalətliliyini müşayət etməmişik"

Taleh Kazımov: "Əmanətlərin qaytarılması ilə bağlı ƏSF tərəfindən qeyri-ədalətliliyini müşayət etməmişik" Azərbaycan Mərkəzi Bankı (AMB) bankların ləğvetmə prosesində hələki Əmanətlərin Sığortalanması Fondu (ƏSF - bankların ləğvedicisi) tərəfindən qeyri-ədalətlilik müşayət etmirik.
Maliyyə
1 May , 2024 12:21
Taleh Kazımov: Əmanətlərin qaytarılması ilə bağlı ƏSF tərəfindən qeyri-ədalətliliyini müşayət etməmişik

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların ləğvetmə prosesində hələki Əmanətlərin Sığortalanması Fondu (ƏSF - bankların ləğvedicisi) tərəfindən qeyri-ədalətlilik müşayət etmirik.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov deyib.

"Çox müraciətlər olub ki, əmanətlərimiz qaytarılmır. Amma araşdırandan sonra görürük ki, ləğvedici daha düzgündür nəinki müraciət edən. 2 ildir vəzifədəyəm, bu günə kimi belə bir müraciət olmayıb ki, nəzarət orqanı olaraq yoxlayaq görək ki, əmanət ləğvedici tərəfindən qaytarılmayıb. Belə bir şey olmayıb və ilk növbədə Mərkəzi Bank ləğvetmə prosesinə nəzarət edir", - T. Kazımov əlavə edib.

ƏSF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Son xəbərlər

Orphus sistemi