Qızılın qiyməti 1 120 dollar/unsiyanı keçib

Qızılın qiyməti 1 120 dollar/unsiyanı keçib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,13-ə çatıb
Maliyyə
17 Sentyabr , 2015 09:21
Qızılın qiyməti 1 120 dollar/unsiyanı keçib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,84% bahalaşaraq 16 739,95 bənd, S&P 500 0,87% bahalaşaraq 1 995,31 bənd, Nasdaq isə 0,59% yüksələrək 4 889,24 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,49% bahalaşaraq 6 229,21 bənd, Fransa CAC-40-ı 1,67% yüksələrək 4 645,84 bənd, Almaniya DAX-ı isə 0,38% bahalaşaraq 10 227,21 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% bahalaşaraq 1 120,50 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1298 (+0,07%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi