Proqnoz: İnkişafda olan ölkələr ​300 mlrd. dollar itirəcək

Proqnoz: İnkişafda olan ölkələr ​300 mlrd. dollar itirəcək Yerli kapital bazarlarının inkişafına ehtiyac yaranıb
Maliyyə
9 Dekabr , 2015 13:50
Proqnoz: İnkişafda olan ölkələr ​300 mlrd. dollar itirəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyə baş nazirinin iqtisadiyyat üzrə müavini Mehmet Şimşek maliyyə bazarlarına xəbərdarlıq edərək bildirib ki, yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələrdən xalis 300 mlrd. dollardan artıq kapitalın çıxarılması gözlənilir. "Report"un Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, M.Şimşek Kapital Bazarları Təşkilatı (SPK) və Türkiyə İnstitusional İnvestorlar İdarəetmə Dərnəyi (TKYD) tərəfindən təşkil olunan iclasda şirkətlərin yaxın gələcəkdə öz kapitalı hesabına inkişaf etməyə məcbur olacaqlarını qeyd edib.

Baş nazirin müavini qeyd edib ki, qlobal böhran zamanı inkişaf etmiş ölkələr əlavə pul çap edərək və bu vəsaitin bir hissəsini inkişaf etməkdə olan ölkələrə yönəldilir. Nəticədə, bu ölkələrdə investisiyaların maya dəyəri aşağı düşür: "Hazırda isə şərtlər dəyişib və yeni bir iqtisadi dövrə daxil olmuşuq".

M.Şimşekin sözlərinə görə, Federal Ehtiyat Sisteminin qərarları və ABŞ-dakı vəziyyətlə əlaqədar kapital öz istiqamətini dəyişib. Yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələrdən 300 mlrd. dollardan çox vəsait çıxarılacaq və böyük miqdarda kapital axını artıq əks istiqamətdə hərəkət edəcək.

Baş nazirin müavini qarşıdakı illərdə şirkətlərə xarici maliyyələşmə əvəzində kapital bazarlarına müraciət edərək səhm emissiyası vasitəsilə sağlam maliyyə vəsaitinin cəlb olunmasını tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan da bu kateqoriya ölkələri sırasına daxildir və bu səbəbdən ölkədə kapital bazarının inkişaf etdirilməsi zəruriyyəti yaranıb. Kapital bazarının inkişafı yerli şirkətlərin risksiz maliyyələşməni təmin etməsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi