Mikayıl Cabbarov: “Azərbaycan Slovakiya ilə investisiya sahəsində əməkdaşlıqda maraqlıdır”

Mikayıl Cabbarov: “Azərbaycan Slovakiya ilə investisiya sahəsində əməkdaşlıqda maraqlıdır” Azərbaycan Slovakiya ilə investisiya sahəsində əməkdaşlıqda maraqlıdır.
Maliyyə
7 May , 2024 10:19
Mikayıl Cabbarov: “Azərbaycan Slovakiya ilə investisiya sahəsində əməkdaşlıqda maraqlıdır”

Azərbaycan Slovakiya ilə investisiya sahəsində əməkdaşlıqda maraqlıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinə müraciət edən nazir deyib: “Slovakiyadakı aktiv investisiyalarınızı dəstəkləyirik və o cümlədən, biznes forum zamanı həmkarlarım, əgər belə bir ehtiyac olarsa, biz birlikdə necə investisiya edə biləcəyimiz barədə məlumat paylaşacaqlar. Bizim birgə investisiyalarınızı dəstəkləmək üçün alətlərimiz, dövlət investisiya şirkəti, və bir sıra digər alətlərimiz var. Biz tərəfdaşlar tapmağa çalışırıq”.

M. Cabbarov xatırladıb ki, Azərbaycan “kifayət qədər mühafizəkar” makroiqtisadi siyasət aparır, borclanmaya ehtiyatlı yanaşır və xərclərdə qənaətə üstünlük verir.

“Biz fiskal qayda adlanan qaydaya əməl edirik və nəticədə, demək olar ki, ölkənin illik ÜDM-ə bərabər olan kifayət qədər yüksək valyuta ehtiyatları toplamışıq. Bizim çox aşağı borc səviyyəmiz var. Biz o cümlədən məzənnə, vergi və gömrük baxımından proqnozlaşdırıla bilən siyasət yürüdürük. Biz həmçinin daxili investisiyalar üçün əhəmiyyətli stimullar verməkdən çəkinmirik, çünki bizim əsas məqsədimiz əsasən sənayeləşmə yolu ilə yeni elementlər əlavə etməklə iqtisadiyyatı şaxələndirməkdir”, - o qeyd edib.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan coğrafi mövqeyindən istifadə edərək nəqliyyat xidmətləri, eləcə də tranzit və logistika xidmətləri göstərir:

“Biz həmçinin iqtisadi zona yaratmışıq. Bu, dünya səviyyəli iqtisadi zonadır, xüsusilə Azərbaycanın hüdudlarından kənarda - Qafqaz regionunda və ya Mərkəzi Asiyada iştirakını genişləndirmək istəyən şirkətlər üçün maraqlıdır. Bu iqtisadi zona əsasən vergi rejimindən azadolmanı təmin edir”.

Son xəbərlər

Orphus sistemi