​Azərbaycanın aparıcı bankının məcmu kapitalı 1 mlrd. manatı otüb

​Azərbaycanın aparıcı bankının məcmu kapitalı 1 mlrd. manatı otüb Azərbaycan Beynəlxalq Bankında əmanətlər 1,7 mlrd. manatı keçib, kredit portfeli isə 5,9 mlrd. manata çatıb
Maliyyə
22 Yanvar , 2015 15:23
​Azərbaycanın aparıcı bankının məcmu kapitalı 1 mlrd. manatı otüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 2014-cü il ərzində 22,7% artaraq 2015-ci il yanvarın 1-nə 8,8 mlrd. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində ABB-nin kredit portfeli illik müqayisədə 16,6% artaraq 2015-ci ilin əvvəlinə 5,868 mlrd. manat olub. Fiziki şəxslərə verilmiş kreditlər 678,5 mln. manat təşkil edib.

Ötən il ərzində əhali tərəfindən banka 117,3 mln. manat həcmində əmanət qoyulub və cari ilin əvvəlinə ABB-dəki əmanətlərin ümumi həcmi 1,730 mlrd. manata bərabər olub.

Bununla yanaşı bildirilir ki, ABB-nin məcmu kapitalı 1 008,4 mln. manata, nizamnamə kapitalının həcmi isə 590,2 mln. manata çatıb.

Təhlil olunan ilin yekununda bankın gəlirləri 585,8 mln. manat, illik xalis mənfəəti isə 64,5 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi