Dövlət Neft Fondu daha 50 mln. dolları satışa çıxarır

Dövlət Neft Fondu daha 50 mln. dolları satışa çıxarır Sabah üçün rəsmi məzənnənin 1,5094 AZN/USD-yə kimi yüksəlməsi mümkündür
Maliyyə
28 Aprel , 2016 10:32
Dövlət Neft Fondu daha 50 mln. dolları satışa çıxarır

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən ABŞ dollarının satışı həyata keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. dollar çıxarması planlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir və AMB-nin yenidən manat intervensiyasına gedəcəyi gözlənilir: "Belə olacağı halda, sabahkı rəsmi məzənnənin 1,5094 AZN/USD səviyyəsinə kimi irəliləməsi mümkündür. Nağd valyuta bazarında da alış-satış məzənnəsinin cüzi artması gözlənilir".

Qeyd edək ki, bü günə rəsmi məzənnə 1,5056 AZN/USD təşkil edir.

Aprelin 26-da keçirilmiş sonuncu valyuta hərracında ARDNF tərəfindən hərraca çıxarılan 50 mln. dolların 4,9 mln. dolları 5 kommersiya bankına və 30 mln. dolları isə AMB-yə satılıb.

Qeyd edək ki, xarici valyutaya olan tələbatın azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. "Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin yüksəlməsi, pozitiv qlobal iqtisadi konyunktur və yay aylarına doğru turizm mövsümünün başlaması ilə bazarda dollar bolluğu yaranacaq. Belə olduğu halda, AMB valyuta hərraclarının həftəlik sayını hətta 1 dəfəyə endirə bilər.

Son xəbərlər

Orphus sistemi