​"Dəmirbank"ın səhmdarları "AGBank"la konsolidasiyadan imtina edib

​"Dəmirbank"ın səhmdarları "AGBank"la konsolidasiyadan imtina edib Aparılan araşdırmalar nəticəsində konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edilib
Maliyyə
11 Fevral , 2016 17:07
​Dəmirbankın səhmdarları AGBankla konsolidasiyadan imtina edib

Bakı. 11 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC və "AGBank" ASC arasında nəzərdə tutulan konsolidasiya prosesi ləğv edilib. "Report"un "Dəmirbank"a istinadən verdiyi xəbərə görə, ötən ay iki bank arasında konsolidasiya ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra "Dəmirbank" rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

"Dəmirbank" ASC-nin Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözügedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi