"Bank VTB (Azərbaycan)"ın aktivləri 18% artıb

"Bank VTB (Azərbaycan)"ın aktivləri 18% artıb Bankın depozit portfeli illik müqayisədə 2,5 dəfə artıb
Maliyyə
5 Avqust , 2015 10:49
Bank VTB (Azərbaycan)ın aktivləri 18% artıb

Bakı. 5 avqust. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri illik müqayisədə 17,6% artaraq 2015-ci il iyulun 1-nə 339,8 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə nağd vəsaitlər 3 dəfəyədək artaraq 3,4 mln. manatdan 10,0 mln. manata yüksəlib.

Kredit portfeli 16,0% artaraq iyulun 1-nə 308,4 mln. manat təşkil edib. Kredit portfelinin 16,1%-nin və ya 54,4 mln. manatının ödəniş vaxtı keçib.

Hesabata əsasən, depozit portfeli də illik müqayisədə 2,5 dəfə artaraq 16,0 mln. manatdan 39,9 mln. manata çatıb.

Bildirək ki, cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 50,8 mln. manat, məcmu kapitalı 47,4 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi