Bakı Mühəndislik Universiteti (BMU) səyahət sığortası üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 17 manat təşkil edir.
İddiaçılar təkliflərini mayın 27-nə qədər BMU-nun yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 27-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, ötən il Bakı Mühəndislik Universitetinə bu xidmətləri "Meqa Sığorta" ASC göstərib. Bu şirkətlə 12 349 manat məbləğində müqavilə imzalanıb.