​AZIPS sistemi ile ödənişlərin həcmi 5% artıb

​AZIPS sistemi ile ödənişlərin həcmi 5% artıb Cari ilin oktyabr ayında bir ödənişin orta məbləği 184,6 min manat təşkil edib
Maliyyə
10 Dekabr , 2014 14:27
​AZIPS sistemi ile ödənişlərin həcmi 5% artıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında Azərbaycanın AZIPS (Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar) sistemi ilə aparılan ödənişlərin həcmi 8,123 mlrd. manat təşkil edib. “Report”un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ayla müqayisədə 5% çoxdur, illik müqayisədə isə 10,2% azdır.

Hesabata əsasən, oktyabr ayında AZIPS ilə 44 min ödəniş əməliyyatı həyata keçirilib. Beləliklə, oktyabrda ödənişlərin sayı əvvəlki ayla eyni səviyyədə qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3% azalma müşahidə edilib.

Cari ilin oktyabr ayında bir ödənişin orta məbləği 184,6 min manat təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 4,9% çox olsa da, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır. 

Son xəbərlər

Orphus sistemi