Bakı. 16 may.
Manatla geniş mənada pul kütləsinin həcmi aprelin 1-nə 8 943 mln. manat təşkil edib. Bu, martın 1-nə olan analoji göstəricidən 256,6 mln. manat və ya 2,95% çoxdur, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 550,1 mln. manat və ya 28,4% azdır. Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi ən maksimal səviyyəsinə 2014-cü ilin noyabrında çatıb və 17 525,2 mln. manat təşkil edib. Hazırda isə bu göstərici tarixi maksimal səviyyədən 8 582,2 mln. manat və ya 49% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, geniş mənada pul kütləsinin mart ayı ərzində artmasına səbəb dolların məzənnəsinin yüksəlməsi zamanı xarici valyutada olan vəsaitlərin manata ekvivalentində yüksəlməsi amili olub.