Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir Təsadüfi deyil ki, baş verən bir çox fırıldaqçılıq hadisəsi burada baş verir
Maliyyə
16 May , 2024 09:54
Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi ödəniş kartları ilə aparılan əməliyyatların 44,5 %-ni təşkil edir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük həcmdə elektron ticarət dövriyyəsi var: "Təsadüfi deyil ki, baş verən bir çox fırıldaqçılıq hadisəsi burada baş verir. Hazırda bu sektorda baş verən fırıldaqçılıq hadisələri ilə bağlı statistik məlumatlar isə yoxdur. Növbəti strateji dövrdə fırıldaqçılığa qarşı mübarizə tədbiri olaraq maarifləndirmə və maliyyə sektorunda çalışan şəxslərin bilik və bacarıqlarının artırılması hədəflənir".

O qeyd edib ki, bu sahədə ekspertlərin sayının, mövcud ekspertlərin isə bilik və bacarıqlarının artırılmasına ehtiyac var.

Son xəbərlər

Orphus sistemi