“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin istiqrazlarına 43 investor maraq göstərib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin istiqrazlarına 43 investor maraq göstərib Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 50 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
23 Fevral , 2024 17:51
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin istiqrazlarına 43 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 50 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 50 000 ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 43 investor 50 milyon dollarlıq 43 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi