​Azərbaycan Beynəlxalq Bankı qızıl hasilatçısına 3 mln. dollarlıq kredit xətti açıb

​Azərbaycan Beynəlxalq Bankı qızıl hasilatçısına 3 mln. dollarlıq kredit xətti açıb Şirkət ABB-yə əvvəlki borcunu 2 mln. dollar azaldıb
Maliyyə
14 Aprel , 2016 14:48
​Azərbaycan Beynəlxalq Bankı qızıl hasilatçısına 3 mln. dollarlıq kredit xətti açıb

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkədə qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinə 2,9 mln. dollar kredit xətti açıb. 

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, 2016-cı il aprelin 1-nə şirkətin ABB qarşısında kredit borcu 9,7 mln. dollaradək azalıb. Qeyd edək ki, cari ilin əvvəlinə bu göstərici 11,7 mln. dollar təşkil edib. Beləliklə, cari ilin I rübündə şirkət Banka kredit borcunun 2 mln. dollarını geri qaytarıb, Bank isə şirkətə 2,9 mln. dollarlıq yeni kredit xətti açıb.

Bundan başqa, "Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu cari ilin əvvəlindən 500 min dollar azalaraq aprelin 1-nə 1,2 mln. dollara enib. Şirkətin "Paşa Bank" ASC-yə borcu isə dəyişməz qalıb (4,6 mln. dollar).

Qeyd edək ki, şirkətin xalis xarici borcu ilin əvvəlindən 1,7 mln. dollar azalaraq aprelin 1-i vəziyyətinə 47,5 mln. dollar təşkil edib.

Bu ilin aprelin 1-nə şirkətin borcu aşağıdakı şəkildə olub:

Kreditorlar Borc (mln. dollar)
Amsterdam Trade Bank - Agitation plant loan 24,7
International Bank of Azerbaijan - loan
International Bank of Azerbaijan - credit line
9,7
2,9
Atlas Copco equipment finance loan
YapiKredi
Pasha Bank

Director (Reza Vaziri)

1,5
1,2
4,6

3,9

Total Loans 48,5
Cash on hand and at bank (1,0)
Net debt 47,5

Qeyd edək ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.

Son xəbərlər

Orphus sistemi