Bakı. 14 iyun. REPORT.AZ/ Rəsmi Afina büdcə islahatları ilə bağlı ciddi təkliflər verənə qədər danışıqlar dayandırılacaq. "Report"un xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu "Avroqrup"un (Eurogroup) rəhbəri Yeron Dayslblum (Jeroen Dijsselbloem) deyib.
Y.Dayslblum Yunanıstanın bu vaxta qədər edilən təkliflərə arxa çevirməsinin yolverilməz olduğunu və rəsmi Afinanın gözlənilən addımları atmayacağı təqdirdə, danışıqların yenidən başlanılmasının mümkün olmadığını deyib.