Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri "Report" İnformasiya Agentliyində olub - FOTO

Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri "Report" İnformasiya Agentliyində olub - FOTO Olli Noroyono Agentliyin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb
Maliyyə
3 İyun , 2015 17:56
Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri Report İnformasiya Agentliyində olub - FOTO

Bakı. 3 iyun. REPORT.AZ/ Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono "Report" İnformasiya Agentliyində olub.

Daimi Nümayəndəliyin rəhbəri "Report" Agentliyinin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.

Baş redaktor Murad Əliyev görüşdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, "Report" beynəlxalq maliyyə təşkilatlarının fəaliyyətini geniş işıqlandırır.

Öz növbəsində, Olli Noroyono Asiya İnkişaf Bankı tərəfindən mütəmadi olaraq iqtisadiyyatın müxtəlif sahələri üzrə hesabatlar hazırlandığını qeyd edib. O, "Report" Agentliyinin işinə uğurlar arzulayıb və gələcəkdə informasiya sahəsində geniş əməkdaşlıq qurulacağına ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi