Rusiyalı velosipedçi dünya turu çərçivəsində Azərbaycanda olub

Rusiyalı velosipedçi dünya turu çərçivəsində Azərbaycanda olub Nikita Vasilyev Bakıyadək 6000 km qət edib
Komanda
21 Noyabr , 2014 15:55
Rusiyalı velosipedçi dünya turu çərçivəsində Azərbaycanda olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Çuvaş Respublikasından olan velosipedçi Nikita Vasiliyev dünya turu çərçivəsində Azərbaycanda olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yaşadığı Çeboksarı şəhərindən 7 ay öncə səyahətə başlayan velosipedçi 6000 km məsafə qət etdikdən sonra Bakıya gəlib.

N.Vasiliyev federasiyanın baş katibi Fərhad Əliyevlə görüş zamanı səfəri barədə danışıb. O deyib ki, Azərbaycandan sonra Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət edəcək və səfərini 5 aydan sonra yekunlaşdıracaq. 

Rusiyalı velosipedçiyə uğurlar arzulayan F.Əliyev ona Azərbaycanda bu idman növünün inkişafı barədə məlumat verib. Federasiya rəsmisi belə səfərlərin xalqlar və dövlətlər arasında dostluq münasibətlərinə müsbət təsir göstərdiyini də sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi