​Qadın güləşçilərimizin Dünya Kubokundakı rəqibləri məlum olub

​Qadın güləşçilərimizin Dünya Kubokundakı rəqibləri məlum olub Azərbaycan Yaponiya, Polşa və ABŞ ilə birgə “A” qrupunda mübarizə aparacaq
Komanda
1 Mart , 2015 22:03
​Qadın güləşçilərimizin Dünya Kubokundakı rəqibləri məlum olub

Bakı. 1 mart. REPORT.AZ/ Martın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşçilər arasında Dünya Kuboku yarışları keçiriləcək.

“Report” xəbər verir ki, Azərbaycan yarışın ilkin mərhələsində “A” qrupunda Yaponiya, Polşa və ABŞ milliləri ilə mübarizə aparacaq.

“B” qrupunda isə ev sahibi Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları yarışacaq.

Qadın güləşçilər arasında Dünya Kuboku – 2015-in yarış cədvəli:

Şənbə, 07.03.2015

10.00-12.00 Birinci dövrə

12.00-14.00 İkinci dövrə

17.00-17.30 Yarışların açılış mərasimi

17.30-19.30 Üçüncü dövrə

Bazar, 08.03.2015

12.00-13.00 7-8 yer uğrunda görüş

13.00-14.00 5-6 yer uğrunda görüş

14.00-15.00 3-4-cü yer uğrunda final

15.00-16.00 1-2-ci yer uğrunda final

16.30 Mükafatlandıra mərasimi

Son xəbərlər

Orphus sistemi