NBA və FIBA ​​yeni klub turnirinin yaradılmasını planlaşdırır

NBA və FIBA ​​yeni klub turnirinin yaradılmasını planlaşdırır Milli Basketbol Assosiasiyası (NBA) və Beynəlxalq Basketbol Federasiyası (FİBA) klub turnirinin yaradılmasını müzakirə edir.
Komanda
12 Mart , 2024 09:35
NBA və FIBA ​​yeni klub turnirinin yaradılmasını planlaşdırır

Milli Basketbol Assosiasiyası (NBA) və Beynəlxalq Basketbol Federasiyası (FIBA) klub turnirinin yaradılmasını müzakirə edir.

“Report” “Sportico”ya istinadən xəbər verir ki, yeni turnir Avroliqa ilə rəqabət aparmalıdır.

Seçimlərdən biri müstəqil Avropa NBA Liqasının yaradılmasıdır. NBA fevralda liqanın Avropadakı imkanlarını qiymətləndirmək üçün investisiya bankı ilə əməkdaşlığa başlayıb. Avropa və dünyanın digər regionlarındakı böyük komandaların iştirakı ilə beynəlxalq yarışın təşkili variantı da nəzərdən keçirilir.

Avropa və Yaxın Şərqdəki basketbol ekosistemi sayəsində 3 milyard dollara yaxın gəlirin əldə edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi