Bu gün voleybol üzrə Azərbaycan çempionatı start götürür

Bu gün voleybol üzrə Azərbaycan çempionatı start götürür Mövsümün gedişində çempionata yeni komanda qoşula bilər
Komanda
1 Noyabr , 2014 10:26
Bu gün voleybol üzrə Azərbaycan çempionatı start götürür
Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasına start veriləcək. "Report"un məlumatına görə, 2014-2015-ci il mövsümündə hələlik 5 komandanın iştirakı dəqiqləşib. 

Bunlar "Rabitə", "Azəryol", "Lokomotiv", "Azərreyl" və "Telekom" klublarıdır. "İqtisadçı"nın fəaliyyətini dayandırmasından sonra 6-cı komanda qismində çempionata yeni yaradılan "Turan"ın da qoşulacağı gözlənilir. Amma yeni klub ilk turda meydana çıxmayacaq. Bu məsələyə Azərbaycan Voleybol Federasiyasında baxıldıqdan sonra debütantın çempionata qoşulub-qoşulmamasına dair qərar qəbul olunacaq.

Beləliklə, ilk turda 2 görüş keçiriləcək. Bu gün saat 17:00-da "Rabitə" və "Azərreyl" komandaları üz-üzə gələcəklər. Görüş Gənclik Olimpiya Kompleksində baş tutacaq. Noyabrın 2-də saat 18:00-da isə "Azəryol" və "Lokomotiv" arasında görüş olacaq. Matç "Azəryol" İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, komandaların sayı tək olduğundan, ilk turda "Telekom" istirahət edəcək.  

Son xəbərlər

Orphus sistemi