"Azərreyl" klubu tarixində ilk dəfə Azərbaycan çempionu olub

"Azərreyl" klubu tarixində ilk dəfə Azərbaycan çempionu olub "Dəmiryolçular" finalda "Telekom"u məğlub edib
Komanda
9 Aprel , 2016 18:27
Azərreyl klubu tarixində ilk dəfə Azərbaycan çempionu olub

Bakı. 9 Aprel. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasına yekun vurulub. "Report"un məlumatına görə, "Azərreyl" klubu tarixində ilk dəfə ölkə çempionu olub.

"Dəmiryolçular" finalda "Telekom"u məğlubiyyətə uğradıb. Reqlamentə əsasən, final mərhələsində oyunlar 3 qələbəyədək davam edib. Baş məşqçi Bülent Karslıoğlunun komandası rəqibinə heç bir şans verməyib. Əvvəlki qarşılaşmalarından 3:2 və 3:1 hesablı üstünlüklərlə ayrılan "Azərreyl" bu dəfə "Telekom"a set verməyib - 3:0. Hər iki komanda qarşıdakı mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. 

Bürünc medalları da "dəmiryolçular" qazanıb. Amma bu, "Lokomotiv" klubu olub. Karlo Parisinin komandası 3-cü yer uğrunda hər 3 qarşılaşmada "Azəryol"u yenib. Əvvəlki 2 görüşdə 3:0 və 3:2 hesablı üstünlük əldə edən "Lokomotiv" bu gün qələbə sayını 3-ə çatdırıb - 3:0.

Azərbaycan Super Liqası

Final mərhələsi, 3-cü oyunlar

3-cü yer uğrunda

16:00. "Lokomotiv" - "Azəryol" - 3:0 (25:17, 25:21, 25:16)

Əvvəlki oyunlar - 3:0, 3:2

FİNAL

18:00. "Azərreyl" - "Telekom" - 3:0 (25:22, 25:23, 25:17)

Əvvəlki oyunlar - 3:2, 3:1

Son xəbərlər

Orphus sistemi