​Azərbaycanlı idmançı Fransada 1-ci olub

​Azərbaycanlı idmançı Fransada 1-ci olub Olqa İsmayılova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Komanda
1 Fevral , 2015 16:49
​Azərbaycanlı idmançı Fransada 1-ci olub

Bakı. 1 fevral. REPORT.AZ/ Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Fenioux Piste International" turnirinə start verilib.

"Report"un məlumatına görə, yarışın ilk günü yığma komandamız üçün uğurlu alınıb.

Keyrin növündə çıxış edən yığma komandamızın lideri Olqa İsmayılova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.

Son xəbərlər

Orphus sistemi