Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Xəzri" yarımfinal yolunda üz-üzə gələcəklər

Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Xəzri" yarımfinal yolunda üz-üzə gələcəklər Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Sərhədçi" və "Xəzri" komandaları ikinci oyuna çıxacaqlar.
Komanda
3 May , 2024 09:37
Azərbaycan Basketbol Liqası:  Sərhədçi və Xəzri yarımfinal yolunda üz-üzə gələcəklər

Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Sərhədçi" və "Xəzri" komandaları ikinci oyuna çıxacaqlar.

"Report" xəbər verir ki, bu görüşdən sonra yarımfinala yüksələcək daha bir komandanın adına aydınlıq gələ bilər.

Bunun üçün "Xəzri" klubu qələbə qazanmalıdır. Tərəflər arasında keçirilən ilk dueldən "Sərhədçi" məğlub ayrılıb - 64:98.

Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

Qeyd edək ki, ötən gün "Xırdalan" və "Neftçi" kollektivləri arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıblar.

Son xəbərlər

Orphus sistemi